BƏƏ naziri: "Qlobal neft ehtiyatlarının azalması uzun zaman alacaq"

BƏƏ naziri: "Qlobal neft ehtiyatlarının azalması uzun zaman alacaq" Neft ehtiyatlarının yavaş tempdə azalmasının günahı şist neft hasilatçılarındadır
Energetika
19 Aprel , 2017 19:17
BƏƏ naziri: Qlobal neft ehtiyatlarının azalması uzun zaman alacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Qlobal neft ehtiyatlarının azalması uzun zaman tələb edir. 

"Report", RİA agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı "Bloomberg" agentliyinə Abu-Dabidə keçirilən konfrans zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Süheyl əl-Mazrui verib. Nazir deyib ki, neft ehtiyatlarının artması üçün uzun zaman tələb olunub: "Mən düşünürəm ki, ehtiyatların azalması da uzun zaman çəkəcək".

Konfransda çıxış edən OPEC-in baş katibi Məhəmməd Barkindo isə deyib ki, neft hasilatının azaldıması qərarının icrasından, yəni ilin əvvəlindən bu günədək qlobal neft hasilatı 20 mln. barel azalıb: "Bu da kartelin gözləntilərindən daha aşağı səviyyədir." 

M.Barkindo azalmanın yavaşlamasında şist neft hasilatçılarını günahlandırıb. 

Son xəbərlər

Orphus sistemi