BƏƏ energetika naziri: neft bazarında tarazlıq 2016-cı ildə yaranacaq

BƏƏ energetika naziri: neft bazarında tarazlıq 2016-cı ildə yaranacaq “ABŞ hökumətinin ölkədən neftin ixracına qoyulan embarqonu ləğv etməsi bazara əhəmiyyətli dərəcədə təsir etməyəcək”
Energetika
23 Dekabr , 2015 07:55
BƏƏ energetika naziri: neft bazarında tarazlıq 2016-cı ildə yaranacaq

Bakı. 23 dekabr. REPORT.AZ/ Neft bazarında tələbatla təklif arasında tarazlıq 2016-cı ildə yaranacaq. "Report" RİA "Novosti” agentliyinə istinadən bildirir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suxeyl əl Məzrui məlumat verib. Nazir qeyd edib ki, bu, iqtisadi vəziyyətdən asılı olaraq gələn ilin əvvəlinə və ya sonuna yaxın baş verəcək.

“ABŞ hökumətinin ölkədən neftin ixracına qoyulan embarqonu ləğv etməsi bazara əhəmiyyətli dərəcədə təsir etməyəcək” – deyə Suxeyl əl Məzrui vurğulayıb.

BƏƏ energetika naziri bildirib ki, OPEK-in 2014-cü ilin sonunda neftin qiymətinin düşməsinə cavab olaraq hasilat həcminin azaldılmamasına dair qəbul etdiyi qərar 2 il müddətinə hesablanıb. O vaxtdan 1 il keçib və qərar hələ 1 il də qüvvədə qalmalıdır.

Qeyd edək ki, son aylar davamlı olaraq OPEK ölkələrinin neft hasilatının həcmi sutkada 30 milyon barel neft kvotasını üstələyib. Bu il dekabrın əvvəlində keçirilmiş toplantıda OPEK ölkələri hasilat həcminin optimal səviyyəsinə dair razılığa gələ bilməyiblər.

Son xəbərlər

Orphus sistemi