BƏƏ-də nəhəng qaz yatağı aşkarlanıb

BƏƏ-də nəhəng qaz yatağı aşkarlanıb Abu-Dabi Milli Neft Şirkəti (ADNOC) Fars körfəzinin Abu-Dabi şelfində (BƏƏ) ehtiyatları 28,3 milyard kubmetrdən 42,4 milyard kubmetrə çata bilən nəhəng təbii qaz yatağının aşkar edildiyini açıqlayıb.
Energetika
30 İyul , 2022 08:56
BƏƏ-də nəhəng qaz yatağı aşkarlanıb

Abu-Dabi Milli Neft Şirkəti (ADNOC) Fars körfəzinin Abu-Dabi şelfində (BƏƏ) ehtiyatları 28,3 milyard kubmetrdən 42,4 milyard kubmetrə çata bilən nəhəng təbii qaz yatağının aşkar edildiyini açıqlayıb.

"Report" şirkətin saytında dərc olunmuş press-relizə istinadən xəbər verir ki, yataq ADNOC ilə konsessiya müqaviləsinin bir hissəsi kimi İtaliyanın “Eni” və Tailandin “PTT Exploration və Production Public Company Limited” şirkətlərindən ibarət beynəlxalq konsorsium tərəfindən işlənən 2 nömrəli blokda kəşfiyyat quyusunun qazılması zamanı kəşf edilib.

Qeyd edilir ki, qaz ehtiyatlarının aşkarlanması “dünyanın ən böyük birləşmiş quru və dəniz üçölçülü meqaseysmik tədqiqatı” zamanı əldə edilən yeni məlumatlar sayəsində mümkün olub.

Bu ilin fevralında şirkət 2 nömrəli blokda ehtiyatları 42,5-56,6 milyard kubmetr m. arasında olan ilk iri qaz yatağının kəşfi barədə məlumat verib. Beləliklə, bu blokda kəşf edilmiş təbii qaz ehtiyatlarının ümumi həcmi 99 milyard kubmetrə çata bilər.

Son xəbərlər

Orphus sistemi