​Əbu Dabidə alternativ enerji üzrə iclas keçirilir

​Əbu Dabidə alternativ enerji üzrə iclas keçirilir Azərbaycanı bu toplantıda Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəsmiləri təmsil edirlər
Energetika
19 Yanvar , 2016 11:28
​Əbu Dabidə alternativ enerji üzrə iclas keçirilir

Bakı. 19 yanvar. REPORT.AZ/ Yanvarın 16-21-də Əbu Dabi şəhərində (BƏƏ) Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının 6-cı iclası, Ümumdünya Gələcəyin Enerjisi Sammiti və Alternativ və Bərpa olunan Enerji Mənbələrinə dair beynəlxalq sərgi keçirilir. Bu barədə "Report"a Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 150-dən çox dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri və hökumət rəsmilərinin iştirak etdiyi iclaslarda və sərgidə Azərbaycanı müvafiq olaraq Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov və işçi qrupu təmsil edirlər.

Xatırladaq ki, Azərbaycan 2009-сu ildə IRENA-nın tamhüquqlu üzvü seçilib.             

Son xəbərlər

Orphus sistemi