BEA: Neft bazarında vəziyyət kritikdir

BEA: Neft bazarında vəziyyət kritikdir Bakı. 13 sentyabr. REPORT.AZ/ Dünya bazarında neftin 1 barelinin qiymətinin 80 ABŞ dollarını keçməsi İran və Venesualanın neft bazarını tərk etməsi ilə bağlıdır.
Energetika
13 Sentyabr , 2018 12:56
BEA: Neft bazarında vəziyyət kritikdir
0 : 00
0 : 00

Bakı. 13 sentyabr. REPORT.AZ/ "Dünya bazarında neftin 1 barelinin qiymətinin 80 ABŞ dollarını keçməsi İran və Venesualanın neft bazarını tərk etməsi ilə bağlıdır. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (BEA) sentyabr ayı üzrə hesabatında bildirilir. 

"Neft bazarında vəziyyət kritikdir, İran və Venesueladan hesabına əldə olunan nefti digər ixracatçıların hesabına təmin etmək çətin olacaq. Venesuelada gündəlik neft hasilatının həcmi ilin sonuna qədər 1,24 mln. bareldən 1 mln. barelə düşə bilər. Bundan başqa, qarşıdakı 54 gün ərzində İrandan neft alan ölkələr sanksiyaların təhdidi altında idxala davam edib-etməyəcəklərinə qərar verməlidirlər. Liviyadakı münaqişələr də yenidən başlaya bilər", - o qeyd edib. 

Son xəbərlər

Orphus sistemi