Yuxarı

Dünya bazarında neft bahalaşıb

Brent markalı neftin qiyməti 50 dollara çatıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,56 dollar yaxud 5,74% bahalaşaraq 47,15 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti də 4,19% yaxud 2,0 dollar bahalaşaraq 49,75 dollar/barelə çatıb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi