Baydenin bəyanatı nefti ucuzlaşdıra bilməyib

Baydenin bəyanatı nefti ucuzlaşdıra bilməyib Bakı vaxtı ilə saat 21:45-də Londonun “İCE Futures” birjasında keçirilən hərrac zamanı “Brent” markalı neft 3,25 faiz bahalaşıb.
Energetika
23 Noyabr , 2021 22:17
Baydenin bəyanatı nefti ucuzlaşdıra bilməyib

Bakı vaxtı ilə saat 21:45-də Londonun “İCE Futures” birjasında keçirilən hərrac zamanı “Brent” markalı neft 3,25 faiz bahalaşıb.

“Report” xəbər verir ki, “Brent” markalı neft hazırda 82,3 ABŞ dollarından satılır.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 16:09-da “Brent” markalı neftin qiyməti ABŞ prezidenti Co Baydenin neft qiymətini azaltmaq üçün strateji ehtiyatdan 50 milyon barel çıxartdıqları barədə açıqlamasından sonra 1,3% azalaraq 78,69 ABŞ dollarına qədər ucuzlaşmışdı.

Böyük Britaniya, Çin, Hindistan, Cənubi Koreya və Yaponiya da daxil olmaqla bir sıra digər ölkələr ABŞ-la eyni addımı atacaq.

Son xəbərlər

Orphus sistemi