Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Batumi limanından (Qara dəniz) neft və neft məhsullarının daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% azalaraq 1,743 mln. ton təşkil edib.
“Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə terminalın operatoru olan Qazaxıstanın "KazMunaiGas" dövlət şirkətinin rəsmisi bildirib.
Şirkətin nümayəndəsinin sözlərinə görə, bu ilin oktyabr ayında terminaldan daşımaların həcmi 144,3 min ton təşkil edib. Bu da ötən ilin oktyabr ayından 53% azdır.
Qeyd edək ki, ötən il terminaldan 3,377 mln. ton, 2015-ci ildə isə 3,616 mln. ton neft və neft məhsulları nəql olunub.