Baş texnoloq: "Ukrtatnafta" ayda minimum 1-1,5 tanker "Azeri Light" nefti almağı planlaşdırır

Baş texnoloq: "Ukrtatnafta" ayda minimum 1-1,5 tanker "Azeri Light" nefti almağı planlaşdırır "Azərbaycan neftinin nəqli sayəsində "Euro-5" standartına keçdik"
Energetika
18 Sentyabr , 2017 17:44
Baş texnoloq: Ukrtatnafta ayda minimum 1-1,5 tanker Azeri Light nefti almağı planlaşdırır

Kiyev. 18 sentyabr. REPORT.AZ / "Azeri Light" neftinin emala cəlb olunması "Ukrtatnafta"ya 2017-ci ilin əvvəlindən benzin istehsalı üzrə "Euro-5" standartlarına tam keçid üçün imkan yaradıb".

Bunu "Report"un Ukrayna bürosuna "Ukrtatnafta" Açıq Səhmdar Cəmiyyətinin baş texnoloqu Yuri Qoliç Kremençuq Neft Emalı Zavodunda "Azeri Light" neftinin emalı və Azərbaycan neftinin tədarükünün texnoloji proseslərə necə təsir etdiyini şərh edərkən bildirib.

"Texnoloq kimi, deyə bilərəm ki, "Azeri Light" neftinin tərkibində kükürdün miqdarı çox aşağıdır. Bu isə gələcəkdə "Euro-5" kimi ultra azkükürdlü yanacağın istehsalı texnologiyasına təsir edən əsas göstəricilərdən biridir. Neftdə kükürdün miqdarı təxminən 0,15-0,16% təşkil edir. Ukrayna nefti ilə müqayisə etsək, Şərqi Ukrayna neftində kükürdün miqdarı 0,8-1,2%, Qərbi Ukrayna neftində isə təxminən 0,5%-dir. Ona görə də "Azeri Light" neftini istehsal prosesinə cəlb edərək xammalda kükürdün ümumi miqdarını azaltmağa nail ola bilərik. Bununla da hidrotəmizləmə proseslərinə yük azalacaq və daha az xərclə  "Euro-5" standartına uyğun, keyfiyyətli məhsul almağa imkan əldə edəcəyik", - Y.Qoliç deyib.

O qeyd edib ki, "Ukrtatnafta" 2016-ci ilin fevralında ilk dəfə "Euro-5" standartına uyğun dizel yanacağı istehsalı üçün pasport sertifikatı alıb: "Bu ilin  fevral ayında isə benzin üzrə "Euro-5" sertifikatı əldə edib. Bütün bunlarda "Azeri Light" nefti mühüm rol oynadı. Bu neftin yeganə çatışmazlığı onun yüksək turşuluq dərəcəsidir. Bu səbəbdən texnoloji avadanlığı korroziyadan qorumaq üçün biz reagentlərin xərcini artırmalıyıq".  

Y.Qoliç vurğulayıb ki, şirkət bundan sonra ayda ən azı 1-1,5 tanker (1 tanker - 80 min ton) "Azeri Light" neftini almağı planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi