Baş nazir: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlayır”

Baş nazir: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlayır” “Bir kəmər-bir yol” layihəsi bu gün uğurla inkişaf edir”
Energetika
30 May , 2018 19:19
Baş nazir: “Gürcüstan Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlayır”

Tbilisi. 30 may. REPORT.AZ/ “Bir zamanlar xəyal kimi görünən “Bir kəmər-bir yol” layihəsi bu gün uğurla inkişaf edir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Rustavidəki “Qardabani 2” İstilik Elektrik Stansiyasının tikinti işləri ilə tanışlıq zamanı deyib.

"Biz Çin tərəfi ilə “bir kəmər-bir yol” layihəsi ilə bağlı memorandum imzaladıq. Həmçinin yüklərin Gürcüstan dəmir yolu vasitəsi ilə daşınması barədə razılıq əldə etdik. Bu razılaşma və sənədləşmədə yüklərin Çindən Qazaxıstan ərazisinə, oradan Xəzər dənizindən keçməklə Azərbaycana və Gürcüstana çatdırılmasının 9-10 günə başa çatması hamı tərəfindən razılıqla qarşılanmışdı. Bu, çox uğurlu bir layihədir və logistik yolun inşası nəticəsində yüklərin Cənubi Koreyadan 12 günə Gürcüstana çatdığının da şahidi olduq. Bu böyük İpək Yolu layihəsinin bərpasının tam sübutudur”, - o qeyd edib.

G.Kvirikaşvili bildirib ki, marşrutun davamlı olması üçün Gürcüstan yeni avtomobil yollarının tikintisi, dəmir yolu və dərin hövzəli Anakli limanının modernləşdirilməsi, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üçün yeni layihələr hazırlayır. 

Son xəbərlər

Orphus sistemi