Baş mühəndis: "İlkin ehtimalla, yanan qaz quyularıdır"

Baş mühəndis: "İlkin ehtimalla, yanan qaz quyularıdır" Balamirzə Ağarəhimov: "Baş vermiş hadisə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulması ilə əlaqədar baş verməyib"
Energetika
8 Dekabr , 2015 11:48
Baş mühəndis: İlkin ehtimalla, yanan qaz quyularıdır

Bakı. 8 dekabr. REPORT.AZ/ "Baş vermiş hadisə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulması ilə əlaqədar baş verməyib". "Report" xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, yüksək sürətli "uraqan" statuslu küləyin olması "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə bu bədbəxt hadisənin baş verməsinə səbəb olub: "Ümumilikdə, SOCAR-ın strukturlarında təhlükəsizliyin təmin olunması, əməyin mühafizəsi ilə əlaqədar görülən işlər davamlı bir prosesdir. Həmişə görülüb, indi də görülür və gələcəkdə də görüləcək".

Baş mühəndis bildirib ki, yanğın hazırda quyularda gedir: "Yanğın quyulardan başqa yerdə getmir, ilkin ehtimalla, yanan qaz quyularıdır. Orada 28 qaz quyusu var, onlardan bir neçəsi yanır - 28 quyunun hamısı yanmır. Çünki o quyuların 80%-i qazliftlə işlədiyinə görə, qazlift kəsilən kimi avtomatik şəkildə özləri dayanır".

B.Ağarəhimov qeyd edib ki, qəza baş verən günü havanın küləkli olması, yanğının tez söndürülməməsi, quyularda, avadanlıqlarda deformasiya yaradıb, bu da bəzi quyularda yanğına səbəb olub.

Son xəbərlər

Orphus sistemi