Baş menecer: “ACE platformasının üst tikililər bloku üzrə işlər 95 % tamamlanıb”

Baş menecer: “ACE platformasının üst tikililər bloku üzrə işlər 95 % tamamlanıb” “Gələn ildə neft hasilatına başlanılacaq "Azəri Mərkəzi Şərqi" (ACE) platformasının üst tikililər bloku üzrə işlər 95 % tamamlanıb”.
Energetika
7 Oktyabr , 2022 11:50
Baş menecer: “ACE platformasının üst tikililər bloku üzrə işlər 95 % tamamlanıb”

“Gələn ildə neft hasilatına başlanılacaq "Azəri Mərkəzi Şərqi" (ACE) platformasının üst tikililər bloku üzrə işlər 95 % tamamlanıb”.

“Report” xəbər verir ki, bunu ACE layihəsinin Baş meneceri Nil Fillips bildirib.

Onun sözlərinə görə, platformanın dayaq bloku ilə bağlı işlər tamamlanıb və dənizdə yerləşən gələcək quraşdırma yerinə göndərilməyə hazırdır: “Layihənin həyata keçirilməsi məqsədilə bütün imkanlardan istifadə etməyi planlaşdırırıq. Söhbət mövcud Azəri-Çıraq- Dərinsulu Günəşli (AÇG) infrastrukturundan, yəni mövcud platformalardan, sualtı boru kəmərlərindən və Səngəçal terminalından gedir”.

Son xəbərlər

Orphus sistemi