Baş katib: "OPEC neft qiymətlərinin 2019-cu ildə aşağı düşməsinə imkan verməyəcək"

Baş katib: "OPEC neft qiymətlərinin 2019-cu ildə aşağı düşməsinə imkan verməyəcək" Bakı. 26 yanvar. REPORT.AZ/ "Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız - OPEC və OPEC+ ölkələri, eyni zamanda istehlakçı ölkələ
Energetika
26 yanvar 2019 12:44
Baş katib: OPEC neft qiymətlərinin 2019-cu ildə aşağı düşməsinə imkan verməyəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ "Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız - OPEC və OPEC+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar olaraq qalmasında maraqlıyıq".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, ehtimal az olsa da, təşkilata üzvlüyə qoşulmaq istəyən ölkələrin olacağı da istisna deyil.

M.Barkindo son bir neçə il ərzində Qabonun yenidən OPEC-ə daxil olduğunu, Ekvatorial Qvineya və Konqonun da təşkilata qoşulduğunu xatırladıb.

Son xəbərlər

Orphus sistemi