​Baş direktor: "TANAP layihəsi 15 min yeni iş yeri yaradacaq"

​Baş direktor: "TANAP layihəsi 15 min yeni iş yeri yaradacaq" TANAP-ın tikintisində çalışan işçilərin əsas hissəsi yerli əhalidir
Energetika
24 İyun , 2016 15:35
​Baş direktor: TANAP layihəsi 15 min yeni iş yeri yaradacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Trans-Anadolu Qaz Kəməri (TANAP) marşrutunun keçdiyi ərazilərdə 20 il investisiya yatırılması müddətində birbaşa və dolayı yolla 15 min insana iş imkanı yaradacaq. “Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu TANAP layihəsinin baş direktoru Saltuk Düzyol deyib.

S.Düzyolun sözlərinə görə, TANAP-ın tikintisi üzrə çalışan işçilərin əsas hissəsi yerli əhalidən ibarətdir: “Ərdahan, Qars və Ərzurum ərazisində davam edən işlər çərçivəsində ixtisaslı, yarı ixtisaslı və ixtisassız işçilərə olan tələbatın 45%-dən çoxu yerli əhali tərəfindən ödənilir”.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi (SGC) layihəsinə daxil olan 3 boru kəmərindən biri olan TANAP Gürcüstan-Türkiyə sərhədində başlayıb, Türkiyə-Yunanıstan sərhədində bitir. TANAP-ın 2019-cu ildə istifadəyə veriləcəyi planlaşdırılır.

Xatırladaq ki, TANAP-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, "BOTAŞ" 30% və BP 12% paya malikdir.

Son xəbərlər

Orphus sistemi