“Barclays”: 2021-ci ildə “Brent”in orta qiyməti 53 dollar olacaq

“Barclays”: 2021-ci ildə “Brent”in orta qiyməti 53 dollar olacaq “Barclays” sərmayə bankı gələn il neftin qiymətinə dair əvvəlki proqnozunu olduğu kimi saxlayıb.
Energetika
24 Noyabr , 2020 18:45
“Barclays”: 2021-ci ildə “Brent”in orta qiyməti 53 dollar olacaq

“Barclays” sərmayə bankı gələn il neftin qiymətinə dair əvvəlki proqnozunu olduğu kimi saxlayıb.

“Report” “OilExp”ə istinadən xəbər verir ki, proqnoza görə, “Brent” markalı neft orta hesabla 53 ABŞ dollarından, WTI markalı neft isə 50 ABŞ dollarından satılacaq.

Belə bir qənaət OPEC+ formatı iştirakçısı ölkələri tərəfində neft hasilatının ixtisarına dair məlum razılaşmaya intizamlı şəkildə əməl edəcəyi ehtimalına söykənir. Bununla yanaşı, COVID-19-a qarşı yaradılan yeni dərmanların uğurlu sınaqları barədə xəbərlər də nəzərə alınıb. Hər iki amil neftə tələbatın artması deməkdir.

“Barclays” ekspertlərinin ehtimalına görə, OPEC+ formatının iştirakçısı ölkələri hazırkı hasilat səviyyəsini gələn ilin əvvəlindən azı üç ay uzadacaqlar.

Xatırladaq ki, OPEC+ formatı Nazirlər Monitorinq Komitəsinin 30 noyabr – 1 dekabr tarixlərində keçiriləcək növbəti iclasında başlıca məsələ hasilatın hazırkı 7,7 milyon barellik ixtisarı səviyyəsinin ən azı 2021-ci ilin birinci rübünün sonunadək saxlamaqla bağlı olacaq. Halbuki əvvəlki cədvələ görə, 1 yanvar tarixindən hasilat həcmi 1,9 milyon barel artırılmalıdır.

Son xəbərlər

Orphus sistemi