"Bank of America": Yaxın 5 ildə ABŞ neft hasilatında inanılmaz artım göstərəcək

"Bank of America": Yaxın 5 ildə ABŞ neft hasilatında inanılmaz artım göstərəcək Yaxın 5 ildə neft hasilatında artımın 84%-i şist neftin payına düşəcək
Energetika
20 Fevral , 2017 13:53
Bank of America: Yaxın 5 ildə ABŞ neft hasilatında inanılmaz artım göstərəcək

Bakı. 20 fevral. REPORT.AZ/ ABŞ-ın şist neft hasilatçısı olan şirkətləri 2022-ci ilə qədər neft bazarında əsas pay sahibi olacaq. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Bank of America Merril Lynch" bankının proqnoz hesabatında bildirilir. 

Proqnoza əsasən, 2016-cı ilin IV rübündən 2017-ci ilin son rübünə qədər ABŞ-da gündəlik şist neft hasilatı 600 min barel artacaq. Buna səbəb qazma əməliyyatlarında aktivliyin artması və məhsuldarlığın yüksəlməsi amilləri göstərilib. Bankın proqnozlarına görə, uzunmüddətli perspektivdə neft qiymətlərinin orta diapazonu 60-70 dollar/barel götürülməklə ABŞ-ın 2017-2020-ci illərdə şist neft hasilatı orta illik artımı 700 min barel təşkil edəcək.

ABŞ-dan başqa, yaxın 5 ildə Braziliya, Rusiya, Qazaxıstan və Kanadada neft hasilatının artması gözlənilir. Buna səbəb kimi "Lula", "Kaşaqan" və "Sverdrup" yataqlarındakı hasilat göstərilib. Yaxın 5 ildə OPEC üzvü olmayan ölkələrin neft hasilatı 61,7 mln. barel/günə çatacaq. Bu da ildə ortalama 830 min barel artım deməkdir. Başqa sözlə, yaxın 5 ildə neft hasilatında artımın 84%-i şist neftin payına düşəcək.

Son xəbərlər

Orphus sistemi