Yuxarı

“Bank of America Merrill Lynch”: Neftin qiyməti gələn il 100 dollar/barrelə çata bilər

“Bank of America Merrill Lynch”: Neftin qiyməti gələn il 100 dollar/barrelə çata bilər
Dinlə

2886

Orta qiymət isə 75 dollar/barel olacaq

Bakı. 11 may. REPORT.AZ/ “Bank of America Merrill Lynch” investisiya bankı bəyan edir ki, gələn il dünya bazarında xam neftin 1 barelinin qiyməti 100 ABŞ dollarına çata bilər. 

“Report” bu barədə xarici mətbuata istinadən istinadən xəbər verir.

Bankın hesabatına əsasən, əmtəə birjalarında "Brent" markalı "qara qızıl"ın qiyməti bu il orta hesabla 70 dollar/barrel, gələn il isə 75 dollar/barel olacaq.

Bununla belə, “Bank of America Merrill Lynch”ın Əmtəə araşdırmaları müdiri Fransisko Blanç deyib ki, 2019-cu ilin II yarısında "Brent" neftinin 90, hətta 100 dollar/barrelə qədər bahalaşması riski var. 

Hesabatda Venesuelanın xam neft hasilatında, İranın isə xam neft ixracında azalma ehtimalı da öz əksini tapıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi