Bakının Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir

Bakının Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir Bakı. 9 yanvar. REPORT.AZ/ Bakının Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir.
Energetika
9 Yanvar , 2019 14:34
Bakının Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakının Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir.

“Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, ümumilikdə Yeni Günəşli qəsəbəsinin A, B və D yaşayış massivlərini, “kərpic zavod” adlanan ərazi, E.Bəkirli və S.Səfərov küçələrindəki istismara yararsız daşıyıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidənqurulması məqsədi ilə diametri 110, 160, 250, 280315 mm-lik polietilen borularla 5 300 metr qaz xəttinin çəkilməsi işlərinə başlanılıb. Hazırda qaz xəttinin 4 900 metr hissəsi çəkilib, 22 ədəd qaz siyirtməsi quraşdırılıb.

Bildirilib ki, yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 18 minə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq. İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidənqurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.

Son xəbərlər

Orphus sistemi