Bakının və ölkənin enerji təchizatında yenidən yaranan problem qismən aradan qaldırılıb - FOTO - YENİLƏNİB

Bakının və ölkənin enerji təchizatında yenidən yaranan problem qismən aradan qaldırılıb - FOTO - YENİLƏNİB Bakı. 3 iyul. REPORT.AZ/ Bakının və ölkənin enerji təchizatında yenidən yaranan problem qismən aradan qaldırılıb.
Energetika
3 İyul , 2018 20:40
Bakının və ölkənin enerji təchizatında yenidən yaranan problem qismən aradan qaldırılıb - FOTO - YENİLƏNİB
Report

Bakı. 3 iyul. REPORT.AZ/ Bakının və ölkənin enerji təchizatında yenidən yaranan problem qismən aradan qaldırılıb.

"Report" xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.

Onun sözlərinə görə, problemin tam şəkildə aradan qaldırılması üçün işlər görülməkdədir. Yaranmış nasazlıqla bağlı tezliklə ictimaiyyətə məlumat veriləcək.


*** 19:09

Mingəçevir şəhərindəki "Azərbaycan" İES-də yenidən qəza baş verib. 

"Azərenerji"dən "Report"a faktı təsdiqləyiblər. 

Qeyd edək ki, Bakının və digər şəhər və rayonların elektrik enerjisi ilə təchizatında yenidən problem yaranıb. 

Son xəbərlər

Orphus sistemi