“Azərişıq” ASC-nin Qaradağ rayonundakı Enerji Təchizatı və Satışı İdarəsininm xidməti ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gün Qobustan qəsəbəsinin, Kötəl kəndinin və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.
“Report” xəbər verir ki, bu barədə “Azərişığ”ın açıqlamasında bildirilir.
Qurum yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib.