Bakının Qaradağ rayonuna elektrik enerjisinin verilməsində fasilələr olacaq

Bakının Qaradağ rayonuna elektrik enerjisinin verilməsində fasilələr olacaq Bu gün saat 11:00-dan 15:00-a qədər Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yaşayış binalarına, Yeni Müşviq massivindəki həyət evlərinə, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr olacaq.
Energetika
26 Aprel , 2019 10:21
Bakının Qaradağ rayonuna elektrik enerjisinin verilməsində fasilələr olacaq

Bu gün saat 11:00-dan 15:00-a qədər Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindəki yaşayış binalarına, Yeni Müşviq massivindəki həyət evlərinə, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr olacaq. 

Bu barədə “Report”a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, buna səbəb 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləridir. 

"Azərişıq" rəsmisi yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyib. 

Son xəbərlər

Orphus sistemi