​Bakının Nəsimi rayonunun bir hissəsinə təbii qaz verilişi dayandırılıb

​Bakının Nəsimi rayonunun bir hissəsinə təbii qaz verilişi dayandırılıb Buna səbəb Seyidzadə küçəsi,16B ünvanında diametri 530 mm-lik qaz kəmərində sızmanın baş verməsidir
Energetika
12 Fevral , 2016 19:54
​Bakının Nəsimi rayonunun bir hissəsinə təbii qaz verilişi dayandırılıb

Bakı. 12 fevral. REPORT.AZ/ Nəsimi rayonu Seyidzadə küçəsi,16B ünvanında diametri 530 mm-lik qaz kəmərində qaz sızması aşkar olunub.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, ərazidə nəqliyyatın və əhalinin intensiv hərəkət etdiyi bir sahə olduğunu nəzərə alaraq, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə ilk növbədə texniki təhlükəsizlik tədbiri olaraq qaz təchizatının fevralın 12-də saat 16:00-dan dayandırılması məcburiyyəti yaranıb. Baş vermiş qəza halının aradan qaldırıldığı müddətdə Nəsimi rayonunun 2, 3 və 4-cü mikrorayonlarında, həmçinin Seyidzadə, Əliyev, Cavadxan, İsgəndərov və Rəşid Məmmədov küçələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi