Bakının neft emalı zavodunda katalitik krekinq qurğusunun 100-cü bölməsi təmir olunur

Bakının neft emalı zavodunda katalitik krekinq qurğusunun 100-cü bölməsi təmir olunur Boru xətləri demontaj edilərək yeniləri ilə əvəz olunacaq
Energetika
30 Sentyabr , 2015 12:16
Bakının neft emalı zavodunda katalitik krekinq qurğusunun 100-cü bölməsi təmir olunur

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun 55№-li katalitik krekinq qurğusunun 100-cü bölməsində bir sıra texniki tədbirlər həyata keçirilir.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu tədbirlər qurğunun gücünün artırılması, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, istismar xərclərinin aşağı salınması, dizel yanacaqlarının keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə aparılır.

Hazırda qurğunun İD 101 istidəyişdiricilərinin 12 boru dəstinin dəyişdirilməsinə başlanılıb. Boru dəstləri texniki-mexaniki quruluşuna görə mürəkkəb konstruksiyaya malik olduğundan onların sökülüb, yeniləri ilə əvəz olunması nəzərdə tutulur. Bu işə zavodun 13№-li təmir-quraşdırma sahəsinin və digər sahələrdəki təmir briqalarının çilingərləri cəlb olunub. Təmir dövründə qurğunun modernləşdirilməsi ilə əlaqədar 100-cü bölmədə boru xətləri demontaj edilərək yeniləri ilə əvəz olunacaq. O cümlədən, 103-cü tutumdan nasoslara qədər daha böyük diametrli yeni boru xətləri çəkilir. Hazırda hidrogen kompressorların elektrik mühərriklərində və elektrik siyirtmələrində yağ açarlarının vakuum açarları ilə əvəzlənməsi işləri aparılır.

Bоşdаyаnmаlаrа yоl vеrmədən qısа vахt ərzində işlərin bаşа çаtdırılmаsınа nаil оlmаq, оpеrаtivliyi, çеviкliyi təmin еtməк üçün zаvоdun bаş mühəndisinin rəhbərliyi ilə mехаniка, əsаslı tiкinti хidməti, еnеrgеtiка, metrologiya şöbələrinin mütəхəssisləri işlərə daimi nəzarət edir.

Son xəbərlər

Orphus sistemi