Bu gün Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi “Ləhiş bağları” yeni yaşayış massivindəki 102 fərdi yaşayış evinə təbii qaz verilib.
Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (
Bildirilib ki, qazlaşdırma işlərinə bu ilin oktyabrın 1-də başlanılıb və qaz çəkilişləri üçün ümumilikdə 11 min metrdən çox müxtəlif diametrli polad borulardan istifadə edilib.
Qeyd edək ki, Bakı şəhərində 2019-cu ildə 22 yeni yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub. Onlardan 5-də qaz təchizatı həyata keçirilib, 10-da iş tamamlanıb, 7-də isə qaz çəkilişləri davam edir.