Bakının iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq

Bakının iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq Buna səbəb aparılacaq təmir işləridir
Energetika
8 İyun , 2017 18:58
Bakının iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq

Bakı. 8 iyun. REPORT.AZ/ Abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, yeni çəlikmiş 500 mm-lik polietilen qaz xəttinin mövcud qaz xəttinə qoşulması və orta təzyiqli qaz xətti üzərində quraşdırılmış RDUK-200 tipli qaz tənzimləyici qurğunun yenisi ilə əvəzlənməsi ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşana qədər nəzərdə tutulmuş təmir işləri aparılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, dörulən işlər zamanı Yasamal və Xətai rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq: “Aparılan işlərin payatxtın Sabunçu rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür”.

Bildirilir ki, görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq. “Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 

Son xəbərlər

Orphus sistemi