Bakının iki massivi qazla təmin olunub

Bakının iki massivi qazla təmin olunub Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Zirə-Pirallahı yolunun sol tərəfində yerləşən “Xəşəxuna” adlanan yeni massivə və Sabunçu rayonunun Ramana qəsəbəsinin Dadaş Bünyadzadə küçəsinin Şuşa şəhərciyi adlandırılan əraziyə düşən yeni massivə təbii qaz verilib.
Energetika
23 Yanvar , 2020 18:02
Bakının iki massivi qazla təmin olunub

Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsinin Zirə-Pirallahı yolunun sol tərəfində yerləşən “Xəşəxuna” adlanan yeni massivə və Sabunçu rayonunun Ramana qəsəbəsinin Dadaş Bünyadzadə küçəsinin "Şuşa şəhərciyi" adlandırılan əraziyə düşən yeni massivə təbii qaz verilib. 

“Report” bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, hər iki massivdə, ümumilikdə, 328 abonentin fərdi yaşayış evinin qazlaşdırılması üçün müxtəlif diametrli 8378 metr metal və 6185 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.

Qeyd edək ki, Bakı şəhəri, ətraf kənd və qəsəbələrin genişlənən hissələrinin qazlaşdırılması 2019-cu ildə qəbul olunmuş dövlət proqramı əsasında icra olunur. Həmin proqramda 22 yeni yaşayış massivinin qazlaşdırılması əksini tapıb. Artıq yaşayış massivlərinin 16-da qaz açılışları baş tutub, digərlərinə isə yaz aylarına qədər mavi yanacağın verilişi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi