“Azərenerji” Bakının enerji etibarlığını gücləndirmək üçün yeni xətt çəkir

“Azərenerji” Bakının enerji etibarlığını gücləndirmək üçün yeni xətt çəkir “Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığını və dayanıqlığını daha da gücləndirmək məqsədi ilə Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkir.
Energetika
1 Aprel , 2019 15:39
“Azərenerji” Bakının enerji etibarlığını gücləndirmək üçün yeni xətt çəkir
google.az
0 : 00
0 : 00

Azərenerji” ASC Bakı şəhərinin elektrik enerjisi təchizatının etibarlığını və dayanıqlığını daha da gücləndirmək məqsədi ilə Şirvan şəhərində yerləşən “Cənub” Elektrik Stansiyasından “Xırdalan” yarımstansiyasına 220 kV-luq yüksək gərginlikli yeni elektrik veriliş xətti çəkir.

“Azərenerji”dən “Report”a verilən məlumata görə, yeni xəttin çəkilməsi enerji sisteminin etibarlığını artırmaqla yanaşı, həm də şəhərə daxil olan hansısa yüksəkgərginlikli hava xəttində problem yaranarsa, yükün bir xətdən başqa xəttin üstünə keçirilməsinə imkan yarada biləcək.

Yeni xətt istifadəyə verildikdən sonra, digər yüksəkgərginlikli xətləri açıb, onların üzərində təmir-bərpa işləri aparmaq da asanlaşacaq. Şirvandan Xırdalana 108 km məsafədə çəkilən 220 kV-luq yüksək gərginlikli elektrik veriliş xətti üzrə 367 anker dayaqdan 365-i quraşdırılıb və 14 km istisna olmaqla, naqillər asılıb. Yaxın günlərdə işlər tam yekunlaşacaq və yeni xətt istismara veriləcək.

Son xəbərlər

Orphus sistemi