Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
Bununla bağlı "Report"a açıqlama verən qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, hazırda rayonun 6-ci mikrorayon, Bağ Park ərazisindəki evlərin altından keçən orta təzyiqli qaz kəmərinin kənarlaşdırılması üçün 500 metrə yaxın 315 mm-lik polietilen yeraltı qaz xətti çəkilir.
Bundan başqa, onun sözlərinə görə, Biləcəri qəsəbəsindəki dəmir yolu stansiyasının çeşidləmə məntəqəsində müxtəlif diametrli 1 000 metrdən artıq qaz kəmərinin əsaslı təmiri və rənglənməsi, Rəsulzadə qəsəbəsində, İ.Hacıyev, A.Nemətulla, Q.Hacıbababəyov və A.Hüseynov küçələrində müxtəlif diametrli 3 200 metrə yaxın qaz xətlərinin təmiri, rənglənməsi, mövcud qaz sayğacların əvəz olunacaq qaz xətti üzərinə köçürülməsi və şkaf tipli qaz tənzimləyici məntəqələrin quraşdırılması, eyni zamanda Binəqədi qəsəbəsi 2-ci mədən ərazisində qaz xətlərinin əsaslı təmiri işləri aparılmaqdadır.
"İşlərin 70%-i artıq yekunlaşıb. Artıq tamamlanma işləri gedir. Yaxın günlərdə əhaln tam şəkildə təbii qazla təmin ediləcək", - deyə o, qeyd edib.
Video: Rəşad Tuncay







