Bakıda yeni "SOCAR" yanacaqdoldurma məntəqəsi açılıb

Bakıda yeni "SOCAR" yanacaqdoldurma məntəqəsi açılıb Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev də iştirak edib
Energetika
12 May , 2016 13:29
Bakıda yeni SOCAR yanacaqdoldurma məntəqəsi açılıb

Bakı. 12 may. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Ziya Bünyadov prospektində "SOCAR Petroleum" QSC-yə məxsus yeni, ümumilikdə sayca 20-ci yanacaqdoldurma məntəqəsinin (YDM) rəsmi açılış mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, "SOCAR" brendi altında fəaliyyət göstərəcək YDM ən yüksək standartlara cavab verir.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, “SOCAR Petroleum” QSC-nin baş direktoru Toğrul Seyidov, digər rəhbər işçilər və qonaqlar iştirak ediblər.

SOCAR prezidenti R.Abdullayev yanacaqdoldurma məntəqəsinin rəsmi açılışını bildirən rəmzi qırmızı lenti kəsib. Daha sonra "SOCAR Petroleum"un baş direktoru T.Seyidov tədbir iştirakçılarını YDM-də yaradılan şəraitlə, eyni zamanda YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş elm və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla tanış edib.

Məlumata görə, yeni açılan məntəqədə nağdsız satış üçün POS-terminallar, "ASAN ödəniş" terminalı və ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar və avtomatika sistemi quraşdırılıb.

Tədbirin sonunda SOCAR prezidenti R.Abdullayev “SOCAR Petroleum”un kollektivini yeni YDM-in istifadəyə verilməsi münasibətilə təbrik edib, əməkdaşlara uğurlar arzulayıb, onların qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklərinə, öhdəliklərə daim məsuliyyətlə yanaşacaqlarına və etimadı doğruldacaqlarına əmin olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi