"Yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə nazirlərin IV iclası iyulda keçiriləcək

"Yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə nazirlərin IV iclası iyulda keçiriləcək "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə Bakıda nazirlərin III görüşü keçirilib.
Energetika
1 İyun , 2023 15:25
Yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin IV iclası iyulda keçiriləcək

“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin IV iclası iyul ayında keçiriləcək.

“Report” Energetika Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu barədə razılıq bu gün Bakıda keçirilən "yaşıl enerji"nin inkişafı və ötürülməsi üzrə dörd ölkənin nazirlərinin III iclasında əldə olunub.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanın energetika naziri Daniel Virgil Popesku, Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztarayın iştirakı ilə keçirilən görüşə onlayn formatda Bolqarıstanın energetika naziri Rosen Hristov da qatılıb.

Tədbirdə Avropa İttifaqı Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə təmsil olunub.

14:15

"Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə Bakıda nazirlərin III görüşü keçirilib.

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün tviter hesabında yazıb.

"Görüşdə Bolqarıstanın layihəyə qoşulması, texniki-iqtisadi əsaslandırma üçün texniki tapşırıqların yekunlaşdırılması razılaşdırıldı, məsləhətçi şirkətin seçilməsi və birgə müəssisənin yaradılması ilə bağlı Anlaşma Memorandumu layihəsi üzrə səmərəli müzakirələr aparıldı", - P. Şahbazov bildirib.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin edəcək. Bu kabellə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək.

Son xəbərlər

Orphus sistemi