​Bakıda Xəzər texniki konfrans-sərgisi başlayıb

​Bakıda Xəzər texniki konfrans-sərgisi başlayıb Tədbir Neft və Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilir
Energetika
4 Noyabr , 2015 10:45
​Bakıda Xəzər texniki konfrans-sərgisi başlayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Neft və Qaz Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə II Xəzər texniki konfrans və sərgisi (SPE Annual Caspian Technical Conference and Exibition) işə başlayıb.

"Report" xəbər verir ki, sərgi və konfrans noyabrın 6-da başa çatacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi etdiyi, BP, "Chevron", "ExxonMobil", "Nobel Upstream", "Schlumberger", "Statoil" və "Total" şirkətlərinin sponsoru olduğu tədbir Azərbaycanın neft və qaz sənayesinin növbəti inkişaf mərhələsi üçün lazım olan ən son texnologiyalara həsr olunmuş ilk texniki konfransdır.

Qeyd edək ki, ilk tədbir keçən il Astana şəhərində (Qazaxıstan) keçirilib.

Xatırladaq ki, SPE Cəmiyyəti enerji mənbələrinin işlənməsi və hasilatı ilə məşğul olan texniki mütəxəssislərin qeyri-kommersiya peşəkar təşkilatıdır. SPE 147 ölkədə 143 min üzvə xidmət edir. Cəmiyyət neft və qaz kəşfiyyatı və istehsalı sahəsinə aid mühüm texniki bilik resursudur. O, özünün nəşrləri, tədbirləri, təlim kursları və www.spe.org səhifəsində yerləşdirilmiş onlayn resursları vasitəsilə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi