Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçiriləcək

Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçiriləcək Aprelin 22-25-də Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçiriləcək.
Energetika
11 Aprel , 2019 16:26
Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçiriləcək

Aprelin 22-25-də Bakıda IV “SOCAR Beynəlxalq Downstream: Xəzər və Mərkəzi Asiya Forumu” keçiriləcək.

“Report” xəbər verir ki, forumu Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə təşkil edir.

Regionun neft emalı və neft-kimya sənayesinin inkişafı ilə bağlı ətraflı məlumat təmin edən ticarət, logistika, neft emalı, neft-kimya Forumunun məqsədi müvafiq ixrac bazarları və marşrutları daxil olmaqla, regionda karbohidrogen ixracı üzrə ən son tendensiyaların və perspektivlərin təhlil edilməsidir. Tədbir həmçinin Xəzər regionunda və Mərkəzi Asiyada neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

Tədbir zamanı Xəzər regionunda ticarət fəaliyyətləri və əsas ixrac marşrutları barədə təqdimatlar keçiriləcək. Eyni zamanda Xəzəryanı və Mərkəzi Asiya regionları ölkələrinin neft emalı sənayelərinin texnoloji vəziyyəti və kommersiya mövqeləri, neft emalı sahələrinin tikintisi və modernizasiyası layihələrinin səmərəli idarə olunması, regionda neft-kimya məhsullarına olan tələb və təkliflərin analizi, onların ixrac potensialı kimi məsələlərə dair müzakirələr aparılacaq.

Hər il Forumda 300-dən artıq nümayəndə iştirak edir. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyəti və struktur bölümlərinin rəhbərləri, Qazaxıstan, Qırğız Respublikası, İran, Rusiya, Türkmənistan, Türkiyə, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələrinin iştirakı gözlənilir. Forum həmçinin biznes əlaqələrinin qurulması üçün platforma kimi fəaliyyət göstərir: tədbirə kofe fasilələri, müzakirə panelləri, ictimai fəaliyyətlər, o cümlədən informativ texniki səfərlər daxildir.

Son xəbərlər

Orphus sistemi