Yuxarı

​Bakıda keçiriləcək I Avrasiya beynəlxalq konfransının tarixi açıqlanıb

Gürkan Kumbaroğlu ortada böyük bir enerji tortunun bölüşdürülməsi məsələsinin də olduğunu vurğulayıb

Bakı. 15 iyul. REPORT.AZ/ Avqustun 28-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya beynəlxalq konfransı keçiriləcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Enerji Siyasətləri Araşdırma Mərkəzinin direktoru Gürkan Kumbaroğlu bildirib.

Onun sözlərinə görə, konfransda Azərbaycan və Türkiyə ilə yanaşı, Türkmənistan, Qazaxıstan, Rusiya, İraq, Suriya və İrandan olan energetika sahəsi üzrə mütəxəssislər də iştirak edəcək.

"Yeni enerji dövrünün başlanğıcındayıq", - deyən Gürkan Kumbaroğlu ortada böyük bir enerji tortunun bölüşdürülməsi məsələsinin də olduğunu vurğulayıb. O, bu istiqamətdə terrora qarşı mübarizənin əhəmiyyətini də söyləyib.

Məlumatda qeyd olunub ki, beynəlxalq toplantı avqustun 31-dək sürəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi