Bakıda İranın ixtisaslaşmış sərgisi və Azərbaycan-İran biznes-forumu keçiriləcək

Bakıda İranın ixtisaslaşmış sərgisi və Azərbaycan-İran biznes-forumu keçiriləcək Sərgi sentyabrın 19-21-da baş turacaq
Energetika
24 Avqust , 2016 15:37
Bakıda İranın ixtisaslaşmış sərgisi və Azərbaycan-İran biznes-forumu keçiriləcək

Bakı. 24 avqust. REPORT.AZ/ Sentyabrın 19-21-də Bakıda "Baku Expo Center"də İranın “İran Proje-2016” neft-qaz, neft-kimya, tikinti-inşaat, energetika və su təchizatı avadanlıqları, texniki və mühəndislik xidmətləri üzrə II ixtisaslaşmış sərgisi keçiriləcək.

“Report” xəbər verir ki, sentyabrın 20-də sərgi çərçivəsində Azərbaycan-İran biznes-forumunun keçirilməsi nəzərdə tutulur.

“İran Proje-2016” sərgisində İran istehsalı olan və əsasən neft-kimya, neft-qaz, tikinti-inşaat, energetika, avtomobil istehsalı və qida sənayesi, kənd təsərrüfatı, su təchizatı, nəqliyyat və tibbi avadanlığı əhatə edən məhsullar nümayiş etdiriləcək. Eyni zamanda, sərgi iştirakçıları İranın bank, sığorta və turizm sistemindəki xidmətlərilə yaxından tanış olacaqlar. Sərgidə dövlət və özəl sektorun nümayəndələri, təşkilat və qurum rəhbərləri, istehsalıçı şirkətlər, iş adamlarının iştirakı gözlənilir. Sərginin keçirilməsində əsas məqsəd iki ölkə arasında mövcud olan iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, nəticədə, iki ölkə arasında ticarət mübadiləsinin həcminin daha da artırılmasından ibarətdir.

Sərgi ilə yanaşı keçiriləcək biznes-forumda İran və Azərbaycanın dövlət və özəl sektorunun nümayəndələri, iş adamları, şirkət rəhbərləri və istehsalçıları iştirak edəcəklər. Forumdan sonra ikitərəfli iqtisadi müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi