Bakıda elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə yeni qaydalar təqdim edilib - ƏLAVƏ OLUNUB

Bakıda elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə yeni qaydalar təqdim edilib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 10:48-də verilib
Energetika
313
18 Mart , 2019 11:00
Bakıda elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə yeni qaydalar təqdim edilib - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 10:48-də verilib

Bundan sonra Bakıda fəaliyyət göstərən sahibkarlar elektrik təchizatı şəbəkəsinə qoşularkən dövlət qurumları ilə 2 dəfə təmasda olacaqlar.

“Report” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov paytaxtda elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə yeni qaydaların təqdimatında bildirib.

Onun sözlərinə görə, ilkin olaraq iş adamları Kiçik və Orta Biznes (KOB) evlərinə və yaxud “ASAN Xidmət” mərkəzlərinə müraciət edəcək qoşulma haqqını ödəyəcəklər. Bundan sonra dövlət qurumları arasında inteqrasiyanın təmin olunması hesabına 10 gün ərzində sahibkarların iştirakı olmadan texniki şərtin və layihə sənədlərinin hazırlanması ilə bağlı Texniki Şura tərəfindən müvafiq tədbirlər görüləcək: “Texniki Şura lazımi qurumların icazəsini aldıqdan sonra texniki şərtin və layihə sənədlərinin hazırlanması üçün enerji təchizatı müəssəsinə (ETM) sənədlərlə müraciət edir. Müəssisə 6 gün ərzində bunları hazırlayır. Sonrakı 10 gün ərzində isə tikinti-quraşdırma işləri və elektrik təchizatı şəbəkələrinə fiziki qoşulma, tikinti obyektlərinə elektrik enerjisinin verilməsi başa çatdırılır”.

“Azərişıq” rəsmisi bildirib ki, bütün bu işlər yekunlaşdıqdan sonra texniki şərtin və layihə sənədlərinin təqdim edilməsi, ETM və sifarişçi arasında 2 nüsxədə qoşulma aktının və elektrik enerjisinin alqı-satqı müqaviləsinin imzalanması məqsədilə sahibkarın ikinci dəfə iştirakı tələb olunur.

***

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədr müavini Elçin İbrahimov bildirib ki, Prezident İlham Əliyevin “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq bu sahədə bir çox işlər görülüb, ümumi proseslər sadələşdirilib. Bundan başqa, onun sözlərinə görə, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” prezident fərmanına əsasən, sahibkarlara elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes (KOB) evlərində və “ASAN Kommunal” mərkəzlərində edilməsi imkanı yaradılıb.

R.Yusifov isə əlavə edib ki, bu istiqamətdə ən mühüm yeniliklərdən biri isə artıq tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələ əvəzinə iki mərhələdən ibarət olmaqla, cəmi 24 gündən azaldılaraq 20 gün ərzində yekunlaşmasıdır: “Digər tərəfdən, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulma prosedurlarının sadələşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin səmərəliləşdirilməsi, sahibkar məmnunluğunun artırılması üzrə göstərilən xidmətlərin təkmillləşdirilərək daha rahat, keyfiyyətli və əlçatan edilməsi məqsədilə kiçik və orta biznes evlərində (KOB) əlavə müraciət üçün şərait yaradılır”.

İqtisadi İslahatların Təşkili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı isə vurğulayıb ki, son islahat tədbirləri nəticəsində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin yaradılması kiçik və orta sahibkarlığın dinamik inkişafı üçün əlverişli mühitin formalaşdırılması, kommunal xidmətlərə qoşulma üzrə səmərəliliyin artırılması və xərclərin azaldılması məqsədi ilə rahat və qısa zaman ərzində qoşulmanın həyata keçirilməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi