Yuxarı

Bakıda "Dayanıqlı inkişaf üçün enerji" beynəlxalq forumu başlayıb

Forumda BMT-nin 70 üzv dövlətindən 400-dən artıq qonaq iştirak edir

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu işə başlayıb. “Report”un məlumatına görə, tədbirin əsas təşkilatçısı Azərbaycan hökuməti və BMT-nin Avropa İqtisadi Komissiyasıdır.

BMT-nin 70 üzv dövlətindən 400-dən artıq hökumət rəsmisinin, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi forum çərçivəsində oktyabrın 20-də “Bərpa olunan energetikanın inkişafı” beynəlxalq konfransı keçiriləcək.

Məlumata görə, eyni zamanda (oktyabrın 18-21-də) ilk dəfə Cenevrədən kənarda Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə Ekspertlər Qrupunun növbəti sessiyası baş tutacaq.

Tədbirlər çərçivəsində davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirin azaldılmasına dəstəyi, “Paris İqlim Sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət Planınından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi