Bakıda Cənub Qaz Dəhlizi və Avropanın enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakıda Cənub Qaz Dəhlizi və Avropanın enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək Bakı. 21 may. REPORT.AZ/ Bakıda bu il iyunun 13-də Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Energetika
21 May , 2018 13:17
Bakıda Cənub Qaz Dəhlizi və Avropanın enerji təhlükəsizliyi ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Bakı. 21 may. REPORT.AZ/ Bakıda bu il iyunun 13-də "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə "Report"a Bolqarıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, konfrans zamanı Cənub-Şərqi Avropa və Balkanlarda enerji təhlükəsizliyi məsələləri, marşrutların diversifikasiyasında və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu, eləcə də bu məsələdə Bolqarıstanın rolu, beynəlxalq investisiyalar, SOCAR ilə əməkdaşlıq və bir sıra digər aktual mövzular müzakirə ediləcək.

Tədbirdə Bolqarıstanın energetika naziri Temenujka Petkova, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, eləcə də bir sıra digər nazirliklərin nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi