Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclası keçirilir

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ilk iclası keçirilir İclasın açılışnda Azərbaycan Prezidenti iştirak edir
Energetika
12 Fevral , 2015 12:52
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası keçirilir

Bakı. 12 fevral. REPORT.AZ/ Bakıda "Cənub Qaz Dəhlizi" layihəsi Məşvərət Şurasının ilk iclası açılıb. "Report" xəbər verir ki, iclasın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç, layihənin iştirakçı ölkələri olan Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanın energetika nazirləri iştirak edir. 

Görüşdə layihənin həyata keirilməsi ilə bağlı konkret tövsiyələr veriləcək.

Dəyəri 45 mlrd. dollar olan "Cənub Qaz Dəhlizi" layihəsi  artıq fəaliyyət göstərən Cənub Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) və tikilməsi planlaşdırılan Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərlərini birləşdirən vahid enerji-nəqliyyat şəbəkəsinin yaradılmasını nəzərdə tutur. "Cənub Qaz Dəhlizi"nin uzunluğu 2 min km Bakıdan İtaliyanın cənubuna qədər olacaq və Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyanın ərazisindən keçəcək.  

Son xəbərlər

Orphus sistemi