​Bakıda beynəlxalq neft-qaz forumu keçirilir

​Bakıda beynəlxalq neft-qaz forumu keçirilir Bakıda III Azərbaycan və Xəzər Neft-Qaz Həftəsi işə başlayıb
Energetika
28 Sentyabr , 2015 11:26
​Bakıda beynəlxalq neft-qaz forumu keçirilir

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda III Azərbaycan və Xəzər Neft-Qaz Həftəsi işə başlayıb.

"Report" xəbər verir ki, üç gün davam edəcək tədbirin təşkilatçısı Böyük Britaniyanın "Olive Kinross" biznes tədqiqatları təşkilatıdır.

Neft-qaz həftəsində 250-dən artıq nümayəndə iştirak edir. Tədbirdə Xəzər dənizinin enerji ehtiyatları, xüsusilə də Azərbaycan sektorundakı iri neft-qaz yataqları, "Şahdəniz", "Abşeron" qaz-kondensat yataqları, müxtəlif enerji layihələri, "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunan qazın Avropaya ixracı, Cənub Qaz Dəhlizi layihəsi ətrafında müzakirələr aparılır.

Tədbirdə, həmçinin dünya enerji bazarında müşahidə olunan proseslər müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi