Yuxarı

Bakıda beynəlxalq enerji forumu keçirilir

Əsas məqsəd biznes strukturları ilə dövlət qurumlarının dialoqunu təşkil etməkdir

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün Bakıda III Beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum-2015) işə başlayıb. "Report" xəbər verir ki, forumu giriş sözü ilə Xəzər Enerji Klubunun prezidenti Telman Əliyev açıb. Forumun məqsədi haqqında danışan T.Əliyev bildirib ki, onların əsas məqsədi biznes strukturları ilə dövlət qurumlarının dialoqunu təşkil etməkdir.

Sonra isə forumun ilk sessiyasına start verilib. Milli Məclisin vitse-spikeri Valeh Ələsgərovun sədrlik etdiyi sessiyada çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycan hökumətinin ekologiya siyasəti və görülən işlər haqqında məlumat verib.

F.Əliyevin sözlərinə görə, 893 min hektar ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması işləri görülüb: “Ekoloji vəziyyətin yaxşılaşdırılması siyasəti çərçivəsində 122 min hektar ərazidə yeni meşə sahələri salınıb”.

Xatırladaq ki, 3 sessiyadan ibarət olan forum bir gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi