Bakıda Azərbaycan-İndoneziya enerji forumu keçiriləcək

Bakıda Azərbaycan-İndoneziya enerji forumu keçiriləcək Bununla əlaqədar İndoneziya Enerji və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru Bakıya gələcək
Energetika
28 Yanvar , 2016 15:45
Bakıda Azərbaycan-İndoneziya enerji forumu keçiriləcək

Bakı. 28 yanvar. REPORT.AZ/ Fevralın 1-də Bakıda Azərbaycan-İndoneziya enerji forumu keçiriləcək. Bu barədə "Report"a İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar İndoneziya Enerji və Mineral Ehtiyatlar Nazirliyinin neft və qaz üzrə baş direktoru Qusti Nyoman Viratmaca Bakıya gələcək.

Azərbaycan tərəfdən Energetika Nazirliyinin rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak edəcək.

P.Atiyantonun sözlərinə görə, forum iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişaf imkanlarını daha yaxşı anlamağa kömək edəcək.

Son xəbərlər

Orphus sistemi