Bakıda Argus Azərbaycan Beynəlxalq Neft Sammiti keçiriləcək

Bakıda Argus Azərbaycan Beynəlxalq Neft Sammiti keçiriləcək 2020-ci il, martın 12-13-ü tarixlərində Bakıda “Argus Beynəlxalq Qiymət Agentliyi”nin baş tərəfdaşı olan SOCAR-ın dəstəyi ilə təşkil edəcəyi II Argus Azərbaycan Beynəlxalq Neft Sammiti keçiriləcək.
Energetika
18 Oktyabr , 2019 17:57
Bakıda Argus Azərbaycan Beynəlxalq Neft Sammiti keçiriləcək

2020-ci il, martın 12-13-ü tarixlərində Bakıda “Argus Beynəlxalq Qiymət Agentliyi”nin baş tərəfdaşı olan SOCAR-ın dəstəyi ilə təşkil edəcəyi II Argus Azərbaycan Beynəlxalq Neft Sammiti keçiriləcək.

“Report” xəbər verir ki, tədbirdə neft hasilatı və emalı, nəqliyyat, ticarət sahələrində regionun ən iri şirkət və müəssisələri iştirak edəcək.

Sammit zamanı neft, neft məhsulları, neft-kimya məhsullarının nəqli marşrutları və treydinqin xüsusiyyətləri müzakirə olunacaq, Xəzər regionu ölkələrindəki yeniliklər təqdim ediləcək. Həmçinin nəqliyyat və neft emalı infrastrukturunun yenilənməsinə və genişləndirilməsinə dair müzakirələrin də aparılacağı gözlənilir.

“Argus”un açıqlamasında Xəzər regionunda məhsul tədarükündə treydinq və logistika baxımdan yeni imkanlar yaradan irimiqyaslı layihələrin həyata keçirilməsi üçün region ölkələri neft hasilatı, nəqliyyat, ticarət şirkətləri üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, I Argus Azərbaycan Beynəlxalq Neft Sammiti 2017-ci ilin 12-13 oktyabr tarixlərində keçirilib.

Dünya miqyaslı müstəqil qiymətləndirmə agentliyi olan “Argus Media” beynəlxalq xammal bazarlarındakı qiymət səviyyəsini hesablayaraq bazarı təhlil edir, ixtisaslı məsləhət xidmətləri göstərir, sahə mövzularına dair konfranslar keçirir.

Son xəbərlər

Orphus sistemi