Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır

Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır Ərazidə bir neçə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılıb.
Energetika
450
2 Sentyabr , 2020 13:19
Bakıda 7 minədək sakinin yaşadığı kənddə yenidənqurma işləri aparılır

Abşeron rayonu Məhəmmədi kəndində 1 700 abonentin kompakt məskunlaşdığı ərazidə əhalinin enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə 2 ədəd 1600 kVA güc transformatoru quraşdırılacaq yeni paylayıcı qurğunun tikintisinə başlanıb.

Bu barədə "Report"a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.

Onun sözlərinə görə, bundan başqa 10 kV “Məhəmmədi-1”, 10 kV “Məhəmmədi -4” və “Məhəmmədi -5” hava xəttində zədəli dayaqlar yenisi ilə əvəzlənib. Xəttlər daha keyfiyyətli müasir kabellərlə əvəz olunub. Ərazidə bir neçə yeni transformator quraşdırılaraq yeni güc mərkəzi yaradılıb. 

Beləliklə 7 minədək sakinin yaşadığı kənddə işlər tam başa çatdıqdan sonra evlər dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bundan başqa qəzaların sayı azalacaq, itkilərin həcmi minimuma enəcək. İşlər plana uyğun olaraq Bağlar EŞ ərazisində ardıcıl şəkildə davam etdiriləcək.


 

Orphus sistemi