Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli cüzi artıb

Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli cüzi artıb Bakı. 16 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə bu ilin yanvar ayında 698,5 mln. kubmetr qaz ötürülüb.
Energetika
16 Fevral , 2018 11:03
Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqli cüzi artıb

Bakı. 16 fevral. REPORT.AZ/ Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə bu ilin yanvar ayında 698,5 mln. kubmetr qaz ötürülüb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmənin 29,3%-i bu boru kəməri vasitəsilə həyata keçirilib.

Bu ilin yanvar ayında Bakı-Tbilisi-Ərzurum kəməri ilə qaz nəqlinin həcmi ötən ilin yanvar ayından 0,44% çoxdur.

Yanvar ayında ümumilikdə Azərbaycanın magistral qaz kəmərləri ilə 2,380 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3% artım müşahidə olunub.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi