Bakı. 15 iyul. REPORT.AZ/Bu ilin I yarısında Azərbaycanın magistral qaz kəmərləri ilə 10 371,8 mln. kubmetr qaz nəql edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,8% azalma müşahidə olunub.
Qazın nəqlinin 34,6%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3591,0 mln. kubmetr qaz ötürülüb.
Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir.
Boru kəməri Bakı yaxınlığındakı
Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.