Bakı-Ərzurum kəməri ilə bu il 2,5 mlrd. kubmetr qaz nəql olunub

Bakı-Ərzurum kəməri ilə bu il 2,5 mlrd. kubmetr qaz nəql olunub Magistral qaz kəmərləri ilə ümumilikdə 7,3 mlrd. kubmetr qaz ötürülüb
Energetika
19 May , 2016 17:50
Bakı-Ərzurum kəməri ilə bu il 2,5 mlrd. kubmetr qaz nəql olunub

Bakı. 19 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda magistral qaz kəmərləri ilə 7 332,0 mln. kubmetr qaz nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9% azalma müşahidə olunub.

Qazın nəqlinin 34,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2 515,4 mln. kubmetr qaz ötürülüb.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilmiş kəmərdir.

Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalında başlayır. Bu boru kəməri Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır. Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə "Şahdəniz-1" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi