Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlrd. kubmetr qaz nəql olunub

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlrd. kubmetr qaz nəql olunub Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 8 112,4 mln. kubmetr qaz nəql edilib.
Energetika
16 May , 2018 17:12
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 2,39 mlrd. kubmetr qaz nəql olunub
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 8 112,4 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9% artım müşahidə olunub.

Qazın nəqlinin 29,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 2 391,3 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin müvafiq dövründən 6% azdır.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

Son xəbərlər

Orphus sistemi