Yuxarı

Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,3 mln. ton tranzit nefti nəql olunub

Magistral neft kəmərləri ilə 22,6 mln. ton neft nəql edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində magistral neft kəmərləri ilə 22 602,9 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu isə ötən ilin I yarısı ilə müqayisədə 3,4% azalma deməkdir.

Nəqletmənin 77,9 %-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 17 608,8 min ton neft ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 1,7% azdır.

Dövr ərzində BTC kəməri ilə 2,3 mln. ton (30% az) tranzit nefti də nəql edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi