Bakı. 15 iyul. REPORT.AZ/ "Hesab edirəm ki, Bakı-Supsa neft kəmərinin marşrutu dəyişdirilməsə belə, bu, kəmər üçün hansısa problem yaratmayacaq". "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (
E.Nəsirovun sözlərinə görə, Azərbaycanın həmin nefti digər yollarla Supsa limanına çatdırmaq imkanları mövcuddur: "Düşünürəm ki, Bakı-Supsa kəmərinin Cənubi Osetiya ərazisindən keçən bir neçə km-lik hissəsinin marşrutu dəyişdirilməsə belə, çətinlik olmaz. Çünki 2008-ci ildəki münaqişədən sonra Gürcüstan və Cənubi Osetiya arasında razılıq əldə edilib. Digər tərəfdən də hansısa problem yaransa, bizim imkanımız var ki, həmin nefti Supsaya başqa yollarla çatdıraq".