Bakı şəhərinin elektrik təchizatinin etibarlığı və dayanıqlığı 10%-dən çox yaxşılaşıb

Bakı şəhərinin elektrik təchizatinin etibarlığı və dayanıqlığı 10%-dən çox yaxşılaşıb ​Bakı şəhərinin elektrik təchizatinin etibarlığı və dayanıqlığı 10%-dən çox yaxşılaşıb
Energetika
27
5 Mart , 2019 12:47
Bakı şəhərinin elektrik təchizatinin etibarlığı və dayanıqlığı 10%-dən çox yaxşılaşıb

Bakı. 5 mart. REPORT.AZ/ 2018-ci il ərzində Bakı şəhəri üzrə orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin müddəti (SAIDI göstəricisi ilə) 0,1 saat dəfə yaxşı 10,4% azalaraq 0,86 saat təşkil edib. Bu barədə “Report”a Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Ötən il ərzində orta hesabla istehlakçıya elektrik enerjisinin verilişində yaranmış fasilənin sayı isə (SAIFI göstəricisi ilə) 0,96 dəfə olub.

Açıqlamada deyilir ki, bu göstəricilər əvvəlki illərlə müqayisədə həm müddət, həm də say baxımından aşağıdır. Bunun başlıca səbəbi son illərdə Bakı şəhərini paylayıcı şəbəkəsində olan 11035 kV-luq yarımstansiyaların tikilərək tam yenidən qurulması, paytaxtın demək 90%-dən artıq ərazisində yeraltı kabelləşmə işinin həyata keçirilməsi, dairəvi elektrik təchizat sxemlərinin yaradılması və şəbəkələrin əks-qəza avtomatikasına qoşulmasıdır.